
Azərbaycanın COP29-a, Braziliyanın COP30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir. Onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının məqsədlərinə çatmaqda böyük təşviqatçı rolunu oynayacaqlar.
Bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimat mərasimində deyib.
O, bildirib ki, COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaq üçün birgə fəaliyyət göstərəcək.