AZƏRBAYCAN BEYNƏLXALQ TƏBİİ DAŞ SƏRGİSİNDƏ TƏMSİL OLUNACAQ

Azərbaycan martın 30-dan aprelin 2-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “Marble İzmir” 27-ci Beynəlxalq Təbii Daş və Texnologiyalar Sərgisində təmsil olunacaq.

Türkiyə Ticarət Nazirliyinin himayəsi ilə keçirilən sərgi dünyada təbii daş və mərmər üzrə ən böyük üç ekspozisiyadan biridir.

Sərgidə dünyanın 41 ölkəsi, o cümlədən Azərbaycan, ABŞ, Səudiyyə Ərəbistanı, Albaniya, Avstraliya, Avstriya, Bəhreyn, Banqladeş, Belçika, Almaniya, BƏƏ, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Əlcəzair, Efiopiya, Fələstin, Hindistan, İraq, İspaniya, İsrail, İtaliya, Qətər, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Kosovo, Küveyt, Latviya, Livan, Makedoniya, Misir, Nepal və Pakistan təmsil olunacaq.