AZƏRBAYCAN BALI QƏTƏRDƏ BEYNƏLXALQ SƏRGİDƏ TƏQDİM OLUNUB

Qətərin Doha şəhərində “Souq Vaqif” adı altında keçirilən beynəlxalq bal və xurma satış-sərgisi yekunlaşıb. Sərgidə Azərbaycan, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Misir, Pakistan, Türkiyə də daxil olmaqla, 25 ölkədən şirkətlər məhsullarını satışa çıxarıblar.

Azərbaycanın Qətərdəki səfirliyindən bildirilib ki, ölkəmizi beynəlxalq satış sərgisində Xaçmaz rayonunda fəaliyyət göstərən, bal və bal məhsulları üzrə ixtisaslaşmış “Apiaz” MMC şirkətinin “Ballı” brendi təmsil edib. Azərbaycan şirkəti sərgidə müxtəlif çeşiddə, o cümlədən çəmən, cökə, qaratikan, dag-çiçək, şabalıd, həmçinin zəfəran və zəncəfilli bal məhsullarını təqdim edib.

Sərgidən sonra “Apiaz” MMC şirkətinə sertifikat verilib.

Qeyd edək ki, Azərbaycan şirkəti 2020-ci ildə Qətərdə keçirilmiş 3-cü beynəlxalq “Souq Vaqif” bal sərgisində 150 şirkət arasında keyfiyyətə görə 2-ci yer tutub.