
Yeniyetmə badmintonçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “10th LI-NING Zagreb Youth Open” turnirində bürünc medal qazanıb.
Federasiyadan verilən məlumata görə, 15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Əli Gözəlov – Aysu Kərimzadə tandemi yarımfinala kimi irəliləməyi bacarıb.
Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçular yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək ən güclü “dördlüy”ə yüksəlib.
Əli Gözəlov və Aysu Kərimzadə finalın bir addımlığında gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə Rumıniya badmintonçularına 0:2 (20-22,20-22) hesabı ilə uduzub.