AZƏRBAYCAN AVARÇƏKƏNLƏRİ AVSTRİYADA BEŞ MEDAL QAZANIBLAR

Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqatada uğurla çıxış ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, 120-ci dəfə təşkil olunan yarışda iştirak edən komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Böyüklər arasında akademik avarçəkmə üzrə yığmanın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşlərdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib.

Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.