Azərbaycan 2021-ci ildə optimist ölkələr arasında ilk beşlikdə qərarlaşıb.
“Gallup International”ın araşdırmalarının nəticələrini təqdim edirik.
Beləliklə, “Ümid İndeksi”ndə ilk beş ölkə İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika və Vyetnam (hər ikisi +47 xalis xalla) olub.
Azərbaycan həmçinin +70 balla “Xoşbəxtlik İndeksi”nə görə ilk 5 ölkə sırasına daxil olub. Bu siyahıya, eləcə də Kolumbiya (xoşbəxt və çox xoşbəxt çıxılsın bədbəxt və çox bədbəxt bərabərdir +79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziya (+73) daxildir.