AZƏRBAYCAN ƏRAZİSİNDƏ SEPARATÇILIQLA BAĞLI ÇAĞIRIŞ EDƏN ŞƏXS BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Xəbər verildiyi kimi, 1970-ci ildə Bakı şəhərində anadan olmuş hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də “Telegram” və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluqdan bildirilib ki, iş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.