AZƏRBAYCAN ƏRAZİSİNƏ KEÇMİŞ İKİ ERMƏNİ TƏHVİL VERİLİB

Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib.

Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 20-21 yaşlı iki erməni dünən axşam saatlarında Ermənistan tərəfinə təhvil verilib.

Erməni mülki vətəndaşları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib.