AZƏRBAYCAN ƏHALİSİNİN SAYI 10 MİLYON 172 MİN 823 NƏFƏR TƏŞKİL EDİB

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 milyon 172 min 823 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.