AZƏRBAYCAN ƏFQANISTANA YENİ SƏFİR TƏYİN EDİB

Prezident İlham Əliyev H.S.Zeynalovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

Sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.