AZƏR XƏLİLOV 3-CÜ DƏRƏCƏLİ “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF EDİLİB – SƏRƏNCAM

Azər Nəriman oğlu Xəlilov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Azər Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.