AYXAN HACIZADƏ: FRANSA XİN RƏHBƏRİNİN SAXTA “BLOKADA” İDDİALARI SÜLHƏ XİDMƏT ETMİR

Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir.

Bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında yazıb.

“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı” – deyə XİN sözçüsü bildirib.