AYXAN HACIZADƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİ ARASINDA KEÇİRİLƏN DANIŞIQLAR BARƏDƏ MƏLUMAT VERİB

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ-da keçirilən danışıqlar bir neçə gün davam edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

“Danışıqların əsas mövzusunu sülh sazişi təşkil edir. Hazırda təfərrüatları açıqlaya bilmirik. Görüşlər bir neçə gün davam edəcək”, – o deyib.

Qeyd edək ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xairic işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib.