“AXTARIŞ SİSTEMLƏRİ, ONLAYN KATALOQLAR, MÜXTƏLİF PROQRAMLARLA İŞ” – RƏSƏDXANADA ASTROSEMİNAR

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Bu barədə rəsədxanadan məlumat verilib.

Seminarda rəsədxananın Ulduz atmosferləri və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimovanın “Axtarış sistemləri, onlayn kataloqlar, müxtəlif proqramlarla iş” mövzusunda məruzəsi dinlənilib.

A.Abdulkərimova elmi tədqiqatlarda faydalı olacaq müxtəlif elmi bazalar və saytlar haqqında danışıb. O, istifadə olunan onlayn ulduz kataloqları və data bazaların səmərəli istifadəsi haqqında məlumat verib. Təqdiqat zamanı istifadə etdiyi “GIMP”, “MATLAB”, “TOPCAT” və “IDL Workspace” proqramları vasitəsilə hazırladığı qrafik və şəkilləri göstərməklə praktiki nəticələri seminar iştirakçılarına təqdim edib.

Sonra suallar cavablandırılıb.