Bakı Beynəlxalq Avtovağzal Kompleksində vaksinasiya məntəqəsi təşkil edilib.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sərnişinlərdən vaksin pasportu tələb olunmur, lakin istəyən şəxs bu məntəqəyə yaxınlaşıb peyvənd vurdura bilər:
“Ola bilər ki, sərnişin regionlarda birinci dozanı qəbul edib, lakin ikinci dozanın vaxtı çatıb, o zaman bu məntəqəyə yaxınlaşaraq növbəti doza vaksini qəbul edə bilər. Sərnişinlərdən səyahət üçün COVID pasportu tələb olunmasa da, kompleksin ticarət mərkəzlərinə girişdə vaksin pasportu istənilir”.