AVSTRALİYA ÖZ VƏTƏNDAŞLARINI İSRAİL VƏ FƏLƏSTİNİ TƏRK ETMƏYƏ ÇAĞIRIR

Avstraliya vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır.

“The Barrons” saytı xəbər verir ki, Avstraliya höküməti əvvəlcə vətəndaşlarına mümkün qədər hər iki bölgəyə səyahətdən çəkinməklə bağlı xəbərdarlıq edib. Lakin bugündən etibarən Avstraliya Xarici İşlər Nazirliyi vətəndaşlarını həmin ərazilərdən çıxmağa çağırıb.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə raket zərbələri endirib. İsrail isə buna cavab olaraq ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.