AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ TƏSİS EDİLMƏSİ İLƏ BAĞLI SAZİŞDƏ DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişikliklər təsdiq edilib.