AVROPA ŞURASI AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏKİ İNSİDENTLƏ ƏLAQƏDAR NARAHATLIĞINI BİLDİRİB

Avropa Şurası Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı narahatlığını bildirib.

Bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin bəyanatında deyilir.

“Mən Ermənistanla Azərbaycan arasında insan itkiləri ilə nəticələnmiş insidentlə bağlı narahatlığımı ifadə edirəm. Mən atəşkəs barədə xəbəri alqışlayıram və tərəfləri atəşkəsə sadiq qalmağa çağırıram. Təşkilatımıza illərlə əvvəl qoşularkən Ermənistan və Azərbaycan münaqişəni dinc yolla həll etmək öhdəliyini qəbul etmişdi. Bu öhdəlik ciddi şəkildə icra olunmalıdır”, – deyə bəyanatda qeyd olunur.

M.Peyçinoviç-Buriç bildirib ki, Avropa Şurası etimad yaratmaq və sülhün təşviqi məqsədilə iki dövlət arasında dialoqun təşkilinə kömək etməyə hazırdır.