AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə komitənin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, nümayəndə heyəti iyulun 17-dən 22-dək Cənubi Qafqazın üç ölkəsini ziyarət edəcək.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda səfər proqramının dəqiqləşdirilməsi davam edir. Ona görə də nümayəndə heyətinin Azərbaycana səfərinin dəqiq vaxtları hələlik məlum deyil.