AVROPA LİQASI: “QARABAĞ”IN PLEY-OFF MƏRHƏLƏSİNDƏKİ RƏQİBİ MÜƏYYƏNLƏŞİB

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək.

Azərbaycan çempionu ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Bu mərhələnin qarşılaşmaları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq.