AVROPA KOMİSSİYASININ SƏDRİNİN ÇALIŞDIĞI MƏRTƏBƏDƏ ŞÜBHƏLİ TOZ AŞKARLANIB

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin çalışdığı mərtəbədə zərfdə naməlum ağ toz aşkarlanıb.
Bu barədə Avropa İttifaqı icraçılarının sözçüsü Erik Mamer mətbuata açıqlamasında bildirib. Qeyd edib ki, Avropa Komissiyasının sədrinin çalışdığı mərtəbədə zərfdə ağ toz tapılıb, mərtəbədəki işçilər təcili təxliyə olunub.
Şübhəli toz Mülki Müdafiə orqanları tərəfindən analiz edilir.