AVROPA İTTİFAQI ŞURASI: PREZİDENT İLHAM ƏLİYEV VƏ NİKOL PAŞİNYANIN BRÜSSELDƏ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.

Bu barədə Avropa İttifaqı Şurasının məlumatında bildirilir.

Qeyd olunur ki, Ş.Mişel, həmçinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu, tərəflər arasında keçiriləcək üçüncü görüş olacaq. Brüsseldə ilk görüş 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində baş tutub.