AVROPA İTTİFAQI RUSİYANIN 21,5 MİLYARD AVROLUQ AKTİVİNİ DONDURUB

Avropa Komissiyası Rusiya Mərkəzi Bankı da daxil olmaqla, sanksiya siyahılarındakı rusiyalı oliqarxlara və hüquqi şəxslərə aid 21,5 milyard avro həcmində aktivi dondurub və digərlərinin dondurulması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Avropa Komissiyasının ədliyyə məsələlərinə məsul üzvü Didye Reynders dondurulan aktivlərlə bağlı xüsusi işçi qrupunun ilk iclasından sonra deyib. Onun sözlərinə görə, Brüssel sanksiyalardan yan keçməyə çalışanlara qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı direktiv üzərində işləyir.

“Birinci addım – aktivləri bloklamaq və ya dondurmaqdır. İkinci addım – cinayət əməlləri olduğu hallarda müsadirə prosesinə başlamaqdır”, – deyə Reynders qeyd edib.