Oktyabrın 5-də Bakıda Avropa gənclər gününə həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, “Young European Ambassadors” təşkilatının ölkə üzrə əlaqələndiricisi Nazənin Cavadova, Avropa gənclər səfiri Leyla Tağıyeva, layihə qrupunun rəhbəri İdat Erdener və Azərbaycan KİV-lərinin nümayəndələri iştirak edir.
Qeyd edək ki, Aİ-nin “Avropa gənclər ili” kampaniyası çərçivəsində Azərbaycanda 13 layihənin icrası planlaşdırılır.