AVROPA ÇEMPİONATI: AZƏRBAYCAN BOKSÇUSU BÜRÜNC MEDAL QAZANIB

Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 yaşadək Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda polşalı Dominika Kuçyevska ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə başa çatdığından Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.

Qeyd edək ki, bu gün, həmçinin Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram) və Murad Allahverdiyev (80 kiloqram) yarımfinal görüşlərini keçirəcək.