Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.
C divizionunun A qrupunda mübarizə aparan qızlar ikinci matçda Gürcüstanla üz-üzə gəliblər. Görüş millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ən məhsuldar basketbolçusu millimizin heyətində Angelina İsmayılova (24 xal, 5 ribaund) olub.
Bu qələbədən sonra Azərbaycan yığması yarımfinala vəsiqəni təmin edib. Milli komanda qrupda sonuncu oyununu iyulun 11-də Kiprə qarşı keçirəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, Evrən Alkayanın rəhbərlik etdiyi Azərbaycan millisi qrupun ilk qarşılaşmasında Ermənistana 86:59 hesabı ilə qalib gəlib.