
Azərbaycanda rəsmi səfərdə olan Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb, abidəsi önünə əklil qoyulub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

