
Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si ölkədə matəm elan edilib.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.
