AVQUSTUN 31-DƏ PREZİDENT İLHAM ƏLİYEV VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYANIN GÖRÜŞÜ GÖZLƏNİLİR

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi gözlənilir.

Bu görüşün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Şarl Mişel bu görüşün keçiriləcəyini öz “Twitter” səhifəsində elan etmişdi.