“AUSTRALİAN OPEN-2022”: KİŞİLƏRİN YARIŞINDA YARIMFİNALÇILAR MÜƏYYƏNLƏŞİB

Yanvarın 26-da “Böyük dəbilqə” seriyasından tennis üzrə kişilər arasında “Australian Open-2022” turnirinin yarımfinalçıları müəyyənləşib.

Dörddəbir finalda kanadalı tennisçi Feliks Oje-Alyassimi məğlub edən Daniil Medvedev (Rusiya) yarımfinalda Yunanıstan təmsilçisi Stefanos Tsitsipas, fransalı Monfis Qaelə qalib gələn Matteo Barrettini (İtaliya) isə ispaniyalı Rafael Nadal ilə üz-üzə gələcəklər.

Yarımfinal görüşləri yanvarın 28-də və 29-da keçiriləcək.

Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazanarsa Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində liderliyi əldən verəcək. Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir. Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turnirinə yanvarın 30-da yekun vurulacaq.