AUDİOVİZUAL ŞURANIN ELAN ETDİYİ İKİ MÜSABİQƏYƏ SƏNƏD QƏBULU BAŞA ÇATIB

Ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün Audiovizual Şuranın bu il noyabrın 7-si 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə noyabrın 18-dən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Şuradan bildirilib ki, hər bir müsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdim etmiş ərizəçilər aşağıdakılardır:

Birinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 88.7 MHs)

“Pro Media Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Planet FM”)

“Broadcast Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Dalğa FM”)

Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: “Biznes FM”)

“Balans Studiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “ANS ÇM”)

İkinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 92.5 MHs)

“Pro Media Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Planet FM”)

“Broadcast Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Dalğa FM”)

Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: “Biznes FM”)

“Üçbucaq Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Gənc FM”)

Qeyd olunub ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən təqdim olunmuş sənədlərə növbəti 10 iş günü müddətində Audiovizual Şura tərəfindən baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina olunmaları barədə qərarlar qəbul ediləcək.