
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlər verilib.
| 32. | Azərbaycan Respublikasının Audiovizual Şurası | 1. audiovizual media subyektinin redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi2. audiovizual media fəaliyyəti üzrə lisenziyanın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi3. yerüstü yayımçının proqramlarında dövlət dilindən başqa digər dillərdən istifadə edilməsinə razılıq verilməsi4. audiovizual media subyektinin iştirakçılarının tərkibində edilən dəyişikliyin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə əsaslandırılmış rəyin verilməsi5. xarici audiovizual yayımçının proqramlarının Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xidmətlərindən istifadə etməklə yayımlanmasına razılıq verilməsi |
| 33. | Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi | 1. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq verilməsi2. çap mediası və ya onlayn media subyektlərinin, informasiya agentliklərinin Media Reyestrinə daxil edilməsi ilə bağlı müraciətin qəbulu3. Media Reyestrinə daxil edilmiş media subyektinə Media Reyestri şəhadətnaməsinin verilməsi |
