AUDİOVİZUAL ŞURA: TELEVİZİYALARDA MÜƏYYƏN QÜSURLAR VAR

Audiovizual mediada müəyyən qüsurlar var.

Bunu bu gün Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada deyib.

Aparat rəhbəri bildirib ki, həmin qüsurlar cəmiyyəti narahat edir: “Bu sahədə monitorinqlər keçirilir və araşdırılır. Bəzən monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib. Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır”.