ATƏT ÜÇLÜYÜ VƏ TƏŞKİLATIN BAŞ KATİBİ CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

ATƏT üçlüyü və təşkilatın baş katibi Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bu barədə ATƏT-dən bildirilib.

Qeyd olunur ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ATƏT üçlüyünü təmsil edən ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani və təşkilatın baş katibi Helqa Mariya Şmid arasında görüş keçirilib.

Görüş zamanı tərəflər ATƏT regionunda müharibələrin nəticələrinə, o cümlədən təkcə yaxın ərazidə deyil, Mərkəzi Asiya, Cənub-Şərqi Avropa və onun hüdudlarından kənarda yaranan iqtisadi, ekoloji və humanitar problemlərə toxunublar. Tərəflər ayrı-ayrılıqda Cənubi Qafqazdakı vəziyyətə toxunublar.