
Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının ümumi komitələrinin birgə iclası keçirilib.
Çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Azərbaycan xalqının Xocalı soyqırımının 31-ci ildönümünü qeyd etdiyini bildirib.
Fürsətdən istifadə edərək Xocalı soyqırımının qurbanlarının əziz xatirəsini yad edən nümayəndə heyətinin rəhbəri 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin bir gecədə 613 günahsız azərbaycanlı mülki şəxsi qəddarcasına qətlə yetirdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
