ATƏT-İN MİNSK QRUPU AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜNÜ KEÇİRMƏYƏ HAZIRDIR

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.

Bu barədə həmsədrlərin birgə bəyanatında bildirilib.

Bəyanatda bildirilir ki, həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün baş tutmamasından təəssüflənirlər: “Həmsədrlər sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait imkan verən kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildiriblər”.