ATƏT-İN BAŞ KATİBİ MOSKVADA QARABAĞDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDƏCƏK

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilir.

Görüş çərçivəsində digər məsələlərlə yanaşı, Qarabağdakı vəziyyət, Ukrayna-Rusiya münasibətləri, Dnestryanı münaqişə, Cənubi Qafqazda sabitliyə dair Cenevrə diskussiyalarında ATƏT-in vasitəçilik rolu müzakirə olunacaq.

Qeyd edək ki, bu, Helqa Şmidin ATƏT-in Baş katibi vəzifəsində Rusiyaya ilk səfəridir. O, Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün ölkəyə gəlib.

Rusiya xarici siyasət idarəsinin başçısı ilə H.Şmid hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar məsələləri, o cümlədən regional münaqişələrin nizama salınması, terrorizmlə mübarizə məsələlərini müzakirə edəcəyi bildirilir.