ATƏT AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏKİ ESKALASİYANI DƏRHAL DAYANDIRMAĞA ÇAĞIRIR

Azərbaycan və Ermənistan sərhədindəki hərbi eskalasiyanı dərhal dayandırmaq lazımdır.

Bu barədə Polşanın ATƏT-dəki sədrliyinin bəyanatında deyilir.

“Diplomatik yolla əldə olunmuş uğurlar əldən buraxılmamalıdır. Polşanın ATƏT-dəki sədrliyi əvvəlki kimi dayanıqlı həllin əldə olunması üçün kömək göstərməyə hazırdır.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.