ASTRONOMİYA VƏ ASTROFİZİKA OLİMPİADASINA HAZIRLIQ DƏRSLƏRİ DAVAM EDİR

XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər üçün Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında hazırlıq düşərgəsi keçirilib.

Təhsil İnstitutundan bildirilib ki, hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

Düşərgə iştirakçıları, həmçinin rəsədxananın teleskopları ilə tanış olublar, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər gecə müşahidələrində də iştirak ediblər.

Qeyd edək ki, XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası avqustun 10-20-də Polşada təşkil olunacaq.