Yanvarın 25-də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub.
Yeni avtomobil körpüsünün tikintisinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Təməlqoyma mərasimindən sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılıq əldə olunub.