ASTANADA KEÇİRİLƏN HƏRBİ-MUSİQİ FESTİVALI BAŞA ÇATIB

Qazaxıstanın Astana şəhərində “Astana – mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalının başa çatması münasibətilə təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, “Barıs Arena” buz sarayında təşkil edilən mərasimdə iştirakçı ölkələrin solistlərinin hərbi orkestrlərin müşayiəti ilə ifa etdiyi musiqilər, təqdim olunan hərbi marşlar və milli rəqslər tamaşaçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edib.