ASLAN ASLANOV AZƏRTAC-IN İDARƏ HEYƏTİNİN SƏDRİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Prezident İlham Əliyev Aslan Əhməd oğlu Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.