ASİYA PARLAMENT ASSAMBLEYASININ 14-CÜ PLENAR SESSİYASININ GÜNDƏLİYİ TƏSDİQLƏNİB

Fevralın 21-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.

İclasda APA-nın 14-cü plenar sessiyasının gündəliyi təsdiq edilib.

Qeyd edək ki, sessiyanın gündəliyinə Büronun seçilməsi, sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.