“ASAN XİDMƏT”İN İŞÇİLƏRİNİN SAYI ARTIRILIB

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) fəaliyyətinin təmin edilməsi haqqında fərmanda dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, agentliyin işçilərinin say həddi 1 539-dan 1 560-a çatdırılıb.