
Dekabrın 15-də “ASAN xidmət”in 10 illiyinə həsr olunan “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” Beynəlxalq Forumu keçirilir.
Əvvəlcə Dövlət Himni səsləndirilib, “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub.
