AŞ PA PREZİDENTİ ERMƏNİSTAN VƏ AZƏRBAYCANI CƏNUBİ QAFQAZDA SÜLHÜN QURULMASI ÜÇÜN SƏYLƏRİ ARTIRMAĞA ÇAĞIRIB

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Tini Koks Ermənistan və Azərbaycanı Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün yollar axtarmaq məqsədilə səyləri artırmağa çağırıb.

O, bu sözləri AŞ PA-nın payız sessiyası zamanı deyib.

“Mən Ermənistan və Azərbaycan parlamentarilərini bu məkanı kəskin və vacib mövzuların dialoq yolu ilə müzakirəsi üçün forum qismində istifadə etməyə çağırıram”, – deyə o bildirib.