
“Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası” təsdiqlənib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.