“ARTİLLERİYA ATƏŞİNİN USTALARI” MÜSABİQƏSİNİN PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında təşkil olunacaq “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə doqquz ölkənin komandası mübarizə aparacaq.