ARKA-NIN ELAN ETDİYİ POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLM LAYİHƏLƏRİNƏ DƏSTƏK MÜSABİQƏSİ DAVAM EDİR

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi davam edir.

Agentlikdən bildirilib ki, özəl sektora dəstək vermək, kinematoqrafiya sahəsində fəaliyyəti, müştərək film istehsalını təşviq etmək məqsədilə reallaşdırılan bu layihəyə yerli istehsalçı şirkətlər qatıla bilər.

Özəl prodüser mərkəzləri, kino şirkətləri çəkilişləri tamamlanmış filmlərə dəstək almaq üçün bu müsabiqəyə bədii, sənədli və animasiya layihələrini təqdim etməlidirlər.

Bir şirkət qaydalara uyğun olan istənilən sayda layihəni müsabiqəyə təqdim edə bilər.