
Argentinanın Tukuman vilaytində xəstəxanada daha bir nəfər naməlum virusdan vəfat edib.
Bu barədə regional səhiyyə nazirliyinin saytında deyilib.
“18-22 avqust tarixləri arasında simptomları aşkar edilən beş xəstəxana işçisi və özəl klinikadakı bir xəstədə yoluxma halları qeydə alınıb”, – deyə bildirilib.
Qeyd olunub ki, hər altı halda söhbət ikitərəfli pnevmoniyadan gedir.
“İki nəfər vəfat edib, üç nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə evdədir, vəziyyəti yaxşıdır”, – deyə nazirlik bildirib.